İraq Rusiya təyyarələrinin hava məkanına daxil olmasına mane olub.
KONKRET.az xəbər verir ki, bu barədə hava daşıyıcısının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İraq səbəbləri izah etmədən Yekaterinburqdan Şarm əl-Şeyxə uçan “Rossiya” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb.
“Boeing 737 təyyarəsi ilə Yekaterinburqdan Şarm əl-Şeyxə FV5569 reysini yerinə yetirən və bütün uçuş icazələrinə malik olan təyyarə izahat verilmədən İraq hava məkanına buraxılmayıb”, – deyə şirkətin mətbuat xidməti bildirib.
Nəticədə Rusiya təyyarəsi İranın hava məkanında bir neçə dövrə vuraraq Soçidəki alternativ aerodroma uçub. Gecə Misirin şəhərlərindən birinə uçmaq üçün icazə alınıb. Moskva vaxtı ilə saat 23.43-də layner Şarm əl-Şeyxə uçub, gecikmə 4 saat olub.
Xuraman Etibarlı,
KONKRET.az
