İraq və Suriyada ABŞ hərbçilərinə qarşı 56 hücum təşkil edilib – Pentaqonbackend

İraq və Suriyada ABŞ hərbçilərinə qarşı 56 hücum təşkil edilib - Pentaqon

Oktyabrın 17-dən bəri İraq və Suriyada ABŞ əsgərlərinə 56 hücum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, ötən həftə Yəmən sahillərində ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurulub.

“Biz keçmişdə MQ-9-larımızdan birinin vurulduğunu görmüşük. Mən demirəm ki, reaksiya verməyəcəyik. İstənilən vaxt və istənilən yerdə cavab vermək hüququmuzu həmişə özümüzdə saxlayırıq”, – deyə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişənin regional müharibəyə çevrilməsinin qarşısını almaqdır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*