İraqda 13 terrorçu məhv edildibackend

İraqda 13 terrorçu məhv edildi

Son 24 saat ərzində Türkiyə artilleriyasının İraqın şimalına endirdiyi zərbələr nəticəsində öldürülən PKK terrorçularının sayı 13-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl səhər saatlarında Ankara İraqın Avaşin-Basyan bölgəsində beş terrorçunun zərərsizləşdirildiyini bildirib.

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı mübarizəni davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*