İraqın hakimiyyət orqanları tərtibatçıları istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini qorumamaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, “Telegram-ın bloklanması səlahiyyətli orqanların qərarı əsasında həyata keçirilib. Onlar dəfələrlə rəsmi dövlət qurumlarının məlumatlarının və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanması məsələsində əməkdaşlıq tələb ediblər”, – İraqın Rabitə Nazirliyinin bəyanatında deyilir.
Ölkə vətəndaşlarının bu qərarı anlayacağına əminlik ifadə olunub.
