backend

İrəvan Bakını Putinin hərbi blokuna ŞİKAYƏT EDƏCƏK

Azərbaycan Ordusunun zərbələri qarşısında aciz qalan Ermənistan yeni təxribata əl atıb. Belə ki, rəsmi Yerevan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etməyi düşünür.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Artsrun Ovannisyan bildirib.

O, hərbi bloka şikayət edərkən Azərbaycan pilotsuz təyyarələrinin Ermənistanın hava məkanı pozmasını əsas gətirəcəklərini deyib.

“KTMT-ya lazım olan bütün sənədləri təqdim edəcəyik” – deyə açıqlamada deyilir.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan üzvdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*