İrəvanda cinayət: Vəhşicəsinə öldürülən qadının kəllə sümüyü tapıldı – FOTObackend

İrəvanda cinayət: Vəhşicəsinə öldürülən qadının kəllə sümüyü tapıldı - FOTO

İrəvan Şəhər Polis İdarəsi əməkdaşları Erebuni inzibati mahalındakı Nor Areş 11 küçəsindəki 63 saylı evdə dəhşətli cinayətin üstünü açıb.

KONKRET.az “shamsiyan.com”a istinadən xəbər verir ki, sözügedən ünvanda aparılan axtarış nəticəsində zirzəmidə 82 yaşlı Nina Yaqutyanın meyiti aşkar edilib.

Məlum olub ki, cinayəti ört-basdır etmək üçün qatil cəsədi təxminən 1,5 metr dərinlikdəki zirzəmiyə basdırıb. Qazıntı zamanı zirzəmidə insan sümükləri, sınıq kəllə sümüyü, ayaqqabı və paltarlar üzə çıxıb.

Erebuni polisi qətlin törədilməsində şübhəli bilinən 46 yaşlı Vardan Simonyanı həbs edib. Saxlanılan şəxs qurbanını əvvəlcə elektrik cərəyanı ilə öldürməyə cəhd edib. Lakin qadının ölmədiyini görüb və boğaraq evin zirzəmisində basdırıb.

Erebuni və Nubaraşen İnzibati Dairələrinin İstintaq Şöbəsində istintaq qrupu yaradılıb. Hadisə yerinə yığışan bir neçə vətəndaş, o cümlədən yaşayış yerinə yaxın olanlar, kamera qarşısında danışmaqdan imtina etsələr də, öz ifadələrində “2005-ci ildən Ninanın Ermənistanı tərk etdiyini bilirdik. Onun öldürüldüyünü kimdüşünürdü ki? 14 il əvvəl baş vermiş bu dəhşətli qətlin üstü, nəhayət, açıldı”, – deyə bildiriblər.

Ən qorxuncu odur ki, törədilmiş cinayətdən sonra meyitin gizlənildiyi evdə ailə yaşamağa davam edib.

Cinayətin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*