İrəvanda əsir və itkin düşmüş hərbçilərin yaxınları Baqramyan prospektini bağlayıblar.
KONKRET.az SputnikArmenia-ya istinadla xəbər verir ki, etiraz aksiyası dünəndən davam edir. Etirazın səbəbi Milli Assambleyanın sədri Alen Simonyanın 20 nəfərlik nümayəndə heyəti ilə görüşməkdən və ya yaxınlarının yanına çıxmaqdan imtina etməsi olub.
“Bizə dedilər ki, ikisini qəbul edəcək. Biz bununla razı deyilik, o, bütün valideynlərə cavab verməlidir. Biz isə etiraz olaraq prospekti bağlayırıq”, – aksiya iştirakçılarından biri deyib.
Lakin Ermənistan parlamentinin binasında növbətçilik edən polis əməkdaşları və vaxtında gələn kömək aksiyaçıları zorla yoldan çıxarıb. Hazırada yol açıqdır. Vəziyyət gərgin olaraq qalır.
Xuraman Etibarlı,
KONKRET.az