Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən bir qrup etirazçı polisdən onların hökumət binasına girməsinə icazə verilməsini xahiş edib.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz aksiyası bu gün Nazirlər Kabinetinin növbəti iclasının başladığı ölkə hökumətinin binası yaxınlığında baş verib.
Etirazçılardan biri “Paşinyana ölkədəki mövcud vəziyyəti izah etmək üçün hökumət binasına getmək istəyirik … Polislə toqquşma istəmirik”,- deyə bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya girişin xüsusi icazə ilə olduğunu bildirərək etirazçıların qarşısını alıb.
