İrəvanda gənclər AYAĞA QALXDI: “Müharibəni niyə dayandırmadınız?” – FOTOLARbackend

İrəvanda gənclər AYAĞA QALXDI: "Müharibəni niyə dayandırmadınız?" - FOTOLAR

Bu gün “Gənclərin səsi” (Qolos molodıx) vətəndaş klubu İrəvanda etiraz aksiyası keçirib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, gənclər Ermənistan paytaxtının küçələrində “Birləşək” adlı hərəkata başlayıblar.

Təşəbbüs iştirakçıları əllərində “Niyə müharibəni dayandırmadınız?”, “Bu – sənin sıfır nöqtəndirmi?”, “5000 qurban = 5 milyard“, “Əsirlər səni bağışladılarmı? ” və s. plakatlarla küçələrdə gəziblər.

“Bizim komandamızın üzvləri İrəvan küçələrində dinc aksiyalar keçirərək, cəmiyyətin əksəriyyətini, xüsusən də gəncləri narahat edən, hakimiyyətin bu bir il ərzində cavab vermədiyi məsələləri qaldırıb”, -deyə aksiya iştirakçısı bildirib.

Aksiyaların davamlı olacağı qeyd edilib.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*