Ermənistanda hakimiyyət dəyişikliyi perspektivi daha aydın görünür.
KONKRET.az xəbər verir ki, bunu politoloq Armen Baqdasaryan deyib.
Baqdasaryanın sözlərinə görə, bunun üçün iki ssenari var – 2018-ci ilin aprelində olduğu kimi kütləvi etirazlar və saray çevrilişi:
“Hər iki ssenari üçün də ön şərtlər var. Saray çevrilişinin konturları, xüsusən güc strukturlarında artıq görünməkdədir. İctimai narazılıq dalğasının da artımı müşahidə olunur. Siyasi vəziyyət qaynar nöqtəyə çatdığı zaman hərbi vəziyyət səbəbiylə mitinqlərin qadağan olunmasına baxmayaraq, insanlar küçələrə axışacaq”.axar.az
