İrəvanda kriminal “razborka” – Bir nəfər öldübackend

İrəvanda kriminal “razborka” – Bir nəfər öldü

İrəvanda avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, partlayış fevralın 8-də gecə yarısından sonra avtomobil dayanan kimi baş verib.

48 yaşlı İrəvan sakini Karen G. və 36 yaşlı Lori sakini Mixail M. xəstəxanaya yerləşdirilib. Karen G. reanimasiyada dünyasını dəyişib.

Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Avtomobilin içərisində qan izləri və qumbara parçaları tapılıb.

Yerli KİV-in məlumatına görə, Mixail M. əvvəllər məhkum olunub, Karen G. isə ölümlə hədələmə işi üzrə ittiham olunub.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*