İrəvanda “Rədd ol, KTMT!” şüarı altında mitinq keçirilir – VİDEObackend

İrəvanda “Rədd ol, KTMT!” şüarı altında mitinq keçirilir - VİDEO

İrəvanda “Rədd ol, KTMT!” şüarı altında mitinq keçirilir.

KONKRET.az xəbər verir ki, noyabrın 23-də İrəvanın mərkəzindəki Azadlıq meydanında “Rədd ol, KTMT!”, “KTMT-ni tərk edək!” şüarları altında aksiya başlayıb.

Etirazçıların sözlərinə görə, KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermir.

“Biz KTMT-dən təhlükəsizlik yox, Azərbaycana siyasi dəstək almışıq. Ən azı Rusiya və Belarus Azərbaycanı siyasi cəhətdən dəstəkləyib, digər ölkələr isə xüsusi bir şey etmədilər. Hesab edirəm ki, biz KTMT, AİB sıralarını tərk etməliyik. Vladimir Putin və Aleksandr Lukaşenkonun Ermənistan torpağına ayaq basmağa haqqı yoxdur”, – deyə “Məlumatlı vətəndaşlar İttifaqı” ictimai təşkilatının təsisçisi Daniel İoannisyan bildirib.

Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan saxlanılıb. Polisin mətbuat xidmətindən verilən məlumata görə, 4 nəfər saxlanılıb.

Xatırladaq ki, noyabrın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilir. KTMT-yə üzv ölkələrin bütün liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistana gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*