İrəvanda Rusiya və Belarus nümayəndəsi təhqir edildibackend

İrəvanda Rusiya və Belarus nümayəndəsi təhqir edildi

İrəvanda Rusiya və Belarus nümayəndə heyəti təhqir edilib.

KONKRET.AZ Ermənistanın “Fakt” qəzetinə istinadən xəbər verir ki, xoşagəlməz hadisə Ermənistan İstintaq Komitəsinin peşə bayramına həsr olunmuş ziyafət zamanı baş verib.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin və Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin də qatıldığı bayram şənliyi sabiq baş nazir Karen Karapetyana məxsus “Florensiya” restoranında keçirilib.

Qəzetin yazdığına görə, məclis zamanı İstintaq Komitəsinin rəhbəri Hayk Qriqoryan işçiləri və zalda olan qonaqları təhqir etməyə başlayıb. Xüsusilə, işçilərinə qarşı təhqiramiz ifadələr işlədən Qriqoryan onları işdən çıxarmaqla hədələməyə başlayıb.

Qriqoryan Baş Nazirin protokol işçisi ilə də qarşıdurma yaşayıb, daha sonra prokurorluğa “bunların hamısını qırmaq lazımdır”, – deyə sərt ifadələr işlədib. Nəticədə Rusiya və Belarusdan gələn nümayəndələr Komitənin keçmiş rəhbəri Ağvan Hovsepyanın Byureqhavandakı yay iqamətgahından gediblər.

Hadisə ilə bağlı rəsmi açıqlama olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*