Ermənistanın paytaxtı İrəvanın mərkəzində növbəti dəfə etiraz aksiyası keçirilib.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bugünkü aksiyada ölkənin müxalif “Ermənistan” və “Şərəfim var” parlament bloklarının minə yaxın tərəfdarı iştirak edib.
Aksiya iştirakçıları məhkəmə instansiyaları və Baş Prokurorluğun müxalifət nümayəndələrinin müxtəlif maddələrlə həbsi barədə qərarlarına etiraz ediblər.
Qeyd edək ki, Ermənistanda 10-a yaxın müxalifət nümayəndəsi hazırda müxtəlif ittihamlar üzrə həbsdədirlər.
