İrəvandan Qarabağa qaz nəqlinə niyə izn verməliyik?backend

İrəvandan Qarabağa qaz nəqlinə niyə izn verməliyik?

Erməni saytlarının bugünkü əsas xəbəri Ermənistandan Qarabağa qaz nəqlinin bərpası ilə bağlıdır. Ermənistandan Qarabağa qaz nəqli qanunsuzdur. Ermənistan Azərbaycan torpaqlarının işğalının ilk illərində ərazimizə qanunsuz boru xətti çəkib və həmin boru xətti ilə Rusiyadan aldığı qazı Qarabağa nəql edir.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra həmin boru xəttinin bir hissəsi nəzarətimizə keçib:

“Humanizm prinsipləri nəzərə alınaraq, qazın nəqlinə mane olunmayıb. Ancaq bu, müvəqqəti xarakter daşımalıdır, çünki Azərbaycanla Ermənistan arasında bununla bağlı heç bir saziş olmadığı halda qonşu ölkədən Qarabağa qanunsuz qaz nəqli məsələsinin həllinə ehtiyac var. Azərbaycan qaz ölkəsidir və uzaq ölkələri mavi yanacaqla təchiz edir. Azərbaycan Qarabağın tamamını qazla təmin etmək iqtidarındadır. Ancaq bunun üçün Qarabağ erməniləri 1) Azərbaycan qanunları ilə yaşamalı; 2) digər vətəndaşlarımız kimi istifadə etdikləri qaza görə pul ödəməlidirlər.

Qarabağ erməniləri bu iki şərtimizi qəbul etməyərək, Azərbaycan qazından imtina edərlərsə, Ermənistandan Azərbaycana qaz nəqli dayandırılmalıdır”.

  • Shamil
    İyul 10, 2023 - 10:10

    ERMENİSTAN HELE DE AZERVAYCAN TORPAQLARİNİ İSGALDA SAXLAMAGA DAVAM EDİR!KKL-JARLAR KORLAR LALLAR CİBLERİNİ GUDUR!EDALET BERPA OLUNMALİDİR.SİLAHLAR YİGİSDİRİLMALİDİR!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*