İrəvanın mərkəzində eyni vaxtda dörd yürüş – Etirazçılar bu istiqamətlərdə hərəkət edir – VİDEObackend

İrəvanın mərkəzində eyni vaxtda dörd yürüş – Etirazçılar bu istiqamətlərdə hərəkət edir - VİDEO

Ermənistan müxalifəti İrəvanın mərkəzində eyni vaxtda dörd yürüş keçirir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, müxalifətçilər Ermənistanın və qondarma “Artsax”ın bayraqlarını daşıyaraq “Döyüş!”, “Birləşin!”, “Nikolsuz Ermənistan!” şüarları səsləndirirlər.

Onlar əsasən İrəvandakı Fransız meydanından dörd istiqamətdə yürüşə başlayıblar.

İlk hərəkət edən Ermənistanın “Respublika” Partiyasının nümayəndələri olub. Onlar “Maştots” prospekti ilə “Koryun” və “Abovyan” küçələrinə doğru hərəkət edirlər.

Öz növbəsində parlamentdəki “Şərəfim var” fraksiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan öz tərəfdarları ilə “Sayat-Nova” prospekti boyunca yürüş keçirir.

“Hayastan” blokunun nümayəndələri İşxan Saqatelyan, Aram Vardevanyan, Anna Qriqoryan və onların tərəfdarları isə “Maştots” prospekti ilə “Əmiryan” küçəsi istiqamətində hərəkət edir.

Baqramyan prospekti ilə yürüşə qoşulan etirazçılara isə Geqam Manukyan və Levon Koçaryan (keçmiş prezident Robert Koçaryanın oğlu) rəhbərlik edirlər. Onları polis qüvvələri müşayiət edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*