İrkutskda yanğında 4 nəfər həlak oldubackend

İrkutskda yanğında 4 nəfər həlak oldu

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bazar günü gecə bağ evində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər yanan evin içərisində ölənləri aşkar ediblər: üç böyük və bir uşaq”, – məlumatda deyilib.

Ümumi yanğın sahəsi 60 kvadratmetr olub. Yanğının və onun nəticələrinin aradan qaldırılması səhər saatlarına qədər davam edib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri işləyir, yanğının səbəblərini müəyyənləşdirirlər.

Faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*