Bu gün Sumqayıtın Şəhidlər xiyabanında şəhid polis əməkdaşı Ramil Şirinovun dəfni zamanı xoşagəlməz anlar yaşanıb.
KONKRET.az xəbər verir ki, iş adamı, şəhərdə fəaliyyət göstərən “Qartal” tikinti və mühafizə firmasının rəhbəri Şahin Məmmədov şəhidin dəfnində açılan yaylım atəşi altında qəhqəhə çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər hiddət doğurub və əslən Laçından olan iş adamının ünvanına sərt tənqidlər səsləndirilib.
Xatırladaq ki, polis əməkdaşı Ramil Şirinov sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olub.
İş adamı ilə bağlı məlum utancverici videonu təqdim edirik:
Çünki ürək yanmır. Ürək yanmaq üçün vicdan, iman olmalıdır. Bu “ağsaqqalda” da o hisslər yoxdur.