Moskvada Çin restoranlar şəbəkəsinin rəhbər şəxslərindən birini şantaj edən 26 yaşlı modelə 9 il həbs cəzası verilib.
KONKRET.az xəbər verir ki, “Komsomolskaya Pravda”nın məlumatına görə, Nikulinski Rayon Məhkəməsi Norilskdən olan modeli Çin restoran şəbəkəsinin inkişafı və təşviqi üzrə baş direktor müavinindən üçotaqlı mənzil və “Porsche Cayenne” avtomobili tələb etməkdə təqsirli bilib.
Məhkəmənin qərarında bildirilib ki, qadın zərərçəkmiş şəxsi onun haqqında nüfuzdan salan məlumatları yaymaqla hədələyərək əmlak tələb edib.
Məlumata görə, model 2022-ci ilin sonunda Moskvadakı restoranlardan birində işləyərkən Çin restoran şəbəkəsində rəhbər vəzifədə çalışan şəxslə tanış olub. Aralarında münasibət yaranıb. Kişi ona bahalı hədiyyələr göndərib, görüşləri üçün mənzil kirayələyib və münasibətləri uzun müddət davam edib.//nocomment.az
