“İşğalçı ölkədə kişi qalmayacaq” – Elman Nəsirovbackend

“İşğalçı ölkədə kişi qalmayacaq” - Elman Nəsirov

Hazırda erməni silahlı birləşmələrində vəziyyət pisdir. Artıq məğlub düşmən ordusunda canlı qüvvə və texnika çatışmazlığı hökm sürür. Əsgərlik yaşı çatmış şəxslərin Qarabağdan çıxışına qadağa qoyulub. Düşmən ordusunda fərarilik baş alıb gedir. Rusiyanın Ermənistandakı konsulluğunun qarşısında çox böyük növbələr yaranıb. Buna da səbəb ikili vətəndaşlığı olan ermənilərin övladlarını Rusiyaya göndərmək istəməsidir. Cəbhədə isə ermənilərin itkiləri günbəgün artır. 8-10 min arası əsgər itirdikləri ilə bağlı erməni mətbuatında informasiyalar yayılır. Bunun fonunda Ermənistan ordusu canlı qüvvə sarıdan çətinlik yaşayır. Yararsız insanları orduya cəlb edir, yaşlılar orduya könüllü qoşulmaqdan imtina edir. Belə olan halda Ermənistan hakimiyyəti Yaxın Şərqdən yaraqlıları, muzdluları erməni ordusuna cəlb edib.

KONKRET.az xəbər verir ki, fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, eyni zamanda artıq bu yaraqlılar da Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşə girməkdən imtina edir:

“Çünki Cənubi Qafqazın ən güclü ordusuna malik olan Azərbaycan cəbhədə 5-ci nəsil silahlarla müharibə aparır. Ermənistanda isə ordunun təchizatı olduqca köhnəlib. Paşinyan bir nömrəli faşist Hitlerin silahdaşlarından biri olmuş Qaragen Nijdenin vurğunudur. Ermənistanda hazırda faşizm dövlət siyasəti səviyyəsinə qaldırılıb. Çünki terrorçularla əlbir hərəkət etmək Ermənistan dövlətinin əsas prinsipidir, bu isə beynəlxalq hüquqa zidd bir addımdır. Üzv dövlətlərin ordularına muzdlular cəlb etməsi, istifadəsi, təlimləri ilə bağlı BMT-nin xüsusi qadağanedici qətnaməsi mövcuddur. Eyni zamanda Avropa Şurasının da belə bir qərarı var. Ermənistan beynəlxalq terrorizmi himayə və dəstəklədiyinə görə sanksiya altına düşə bilər. Bir sözlə, muzdlu döyüşçüləri cəlb etməklə Ermənistan təkcə Azərbaycan üçün deyil, eləcə də bir çox digər dövlətlər üçün ciddi təhdid yaradır. Dünya birliyi buna qarşı qətiyyətli addımlar atmalıdır”.

Deputatın sözlərinə görə, heç bir gəliri olmayan bu dövlətə müəyyən dairlər ianələr edir:

““Hayastan” fonduna yüz milyondan artıq vəsait toplanıb. Qədim peşə sahibi olan məşhur bir erməni var. O özü bu fonda bir milyon dollar vəsait ayırıb. Dünyadakı erməni lobbisi bu işdə səfərbərlik edir”.

Elman Nəsirov qeyd edib ki, bu gün Paşinyan öz ölkəsinin kişi əhalisinin düşməninə çevrilib:

“Bu qədər mənasız mübarizə ilə işğalçı ölkədə kişi əhali qalmayacaq və Ermənistan dünyada amazonlar ölkəsi kimi tanınacaq. Onu da deyim ki, Ermənistan ordusunun aldığı zərbə fonunda Paşinyan siyasi reanimasiyadan çıxarılıb, siyasi morqa göndərilir”.Teleqraf

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*