İşıq puluna xeyli qənaət edən “ağıllı rozetka”lar hazırlandıbackend

İşıq puluna xeyli qənaət edən "ağıllı rozetka"lar hazırlandı

Mənzillərdə elektrik enerjisinə qənaət etməyin sadə yolu tapılıb. “Ağıllı rozetka”lar vasitəsilə ay ərzində xeyli vəsaitə qənaət etmək mümkündür.

KONRKET.az xəbər verir ki, bunu perspektiv və yeni enerji mənbələri üzrə ekspert Dmitri Vısokoqorski deyib. Ekspertin sözlərinə görə, qənaət cihazların gizli enerji istehlakının qarşısının alınması və iş rejimlərinin avtomatlaşdırılması hesabına baş verir.

“Ağıllı rozetka cihazın özünün enerji sərfiyyatını azaltmır. O, sadəcə idarəetmə vasitəsi kimi çıxış edir. Yəni cihazın işləməsi lazım olmayan vaxtlarda enerjini kəsir”, – deyə Vısokoqorski bildirib.

O vurğulayıb ki, televizorlar, şarj cihazları və digər texnikalar sönülü vəziyyətdə qalsa da, şəbəkədən ayrılmadıqda gün ərzində 50-150 vatt enerji sərf edir. Ağıllı rozetka texnikanı müəyyən edilmiş cədvəl üzrə və ya məsafədən tamamilə enerjisiz qoymağa imkan verir. Keyfiyyətli bir rozetka bir neçə ay ərzində öz xərcini çıxarır. Xüsusilə ev kinoteatrı, oyun konsolları, köhnə texnika və ya uzun müddət gözləmə rejimində qalan qızdırıcıları olanlar üçün bu üsul daha səmərəlidir.

Yəni, evdə istifadə etmədiyiniz, amma cərəyan çıxışında qalan cihazlar gizli şəkildə işıq pulunu artırır. “Ağıllı” rozetkalar isə bu israfın qarşısını avtomatik alır./demokrat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*