İslandiyada vulkan püskürdübackend

İslandiyada vulkan püskürdü

İslandiyanın cənub-qərbində vulkan püskürüb.

KONKRET.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb.

Vulkan püskürməsi paytaxt Reykyavikdən 32 kilometr aralıda, Faqradalsfjall dağı yaxınlığında baş verib.

Yerli mətbuatda partlayışın baş verdiyi ərazidə torpaqdakı çatlardan lava və tüstü çıxdığı qeyd olunub.

Avrasiya və Şimali Amerika tektonik plitələr arasında yerləşən İslandiyada tez-tez zəlzələlər və vulkanik fəaliyyətlər müşahidə olunur. Reykjanes yarımadasında yerləşən və ötən il aktivləşən Faqradals vulkanı 6000 ildən sonra lava püskürməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*