HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülən zaman Tehranın şimalında veteranlar üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda olub.
KONKRET.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bina yerli vaxtla saat 02:00-da havadan vurulub.
KİV bildirib ki, raket İrandan deyil, xarici dövlətin ərazisindən atılıb.