Livanın paytaxtı Beyrutda güclü partlayış səsləri eşidilib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayışın səbəbi “Hizbullah” hərəkatına qarşı təşkil edilən raketli hücumdur.
TRT isə bir neçə yaşayış binasının dağıldığı məlumatını paylaşıb.
İsrail ordusu rəsmi açıqlama verərək hücumun onlar tərəfindən gerçəkləşdirildiyi məlumatını paylaşıb. Qeyd edilib ki, buna səbəb Məcdəl Şəms qəsəbəsinə 12 uşağın öldürüldüyü hücuma görə adı açqılanmayan komandanın məhv edilməsi olub.