“İsrail BMT-dən çıxarılmalıdır” – İran prezidenti backend

"İsrail BMT-dən çıxarılmalıdır" - İran prezidenti 

İran prezidenti İbrahim Rəisi İsrailin BMT-dən çıxarılması ideyasını irəli sürüb.

KONKRET.az xəbər verir ki, Tehranda İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə keçirilən kütləvi nümayişdə çıxış edən Rəisi İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını pisləyib.

Fələstin məsələsini bəşəriyyətin əsas prioriteti adlandıran İran prezidenti deyib ki, hökumətlər İsraili cinayət törətməkdən çəkindirmək üçün onunla bütün iqtisadi və qarşılıqlı əlaqələri kəsməlidirlər.

“Bizim təklifimiz sionist rejimin BMT-dən çıxarılmasıdır”, – Rəisi əlavə edib.

O bildirib ki, İsrail beynəlxalq təşkilatların 400 bəyanatını və qətnaməsini pozub.

İran prezidentinin sözlərinə görə, İsrail müqavilələrin pozulması ilə bağlı belə acınacaqlı rekorda malik olmaqla BMT-nin qətnamə və aktlarına da əməl etməyəcək.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*