İsrail bölgədə eskalasiyanın mümkün ola biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Yair Lapid Livanla sərhəddə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığını ziyarət edərkən deyib. O bildirib ki, Hizbullahın hərəkətləri Livanı təhdid edir və bütün regionda lazımsız gərginliyə səbəb ola bilər.
O qeyd edib ki, İsrail istənilən təhlükəyə qarşı hərəkətə keçməyə hazırdır.
“Biz qarşıdurma təhlükəsi ilə üz-üzə deyilik, lakin suverenliyimizə və ya İsrail vətəndaşlarına zərər vurmağa çalışan hər kəs ciddi səhv etdiklərini çox tez anlayacaq”, – Lapid deyib.
Hökumət başçısı qeyd edib ki, İsrail Livanda sabit və firavan qonşu kimi maraqlıdır, “bu, Hizbullah terrorizmi üçün platforma və İranın əlində alət deyil”.
“Hizbullahın davam edən düşmənçilikləri Livanı, onun vətəndaşlarını və onların rifahını təhdid edir. İsrail bölgədəki bütün İran təşkilatlarına qarşı fəaliyyət göstərməyə davam edəcək.
Biz regional sabitliyin pozulmasının qarşısını almaq üçün müstəqil şəkildə və regionun digər ölkələri ilə əməkdaşlıqda hərəkət edəcəyik”, – deyə Lapid yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
