İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzzanın cənub-qərbində və mərkəzi hissəsində Həmas-a məxsus iki məntəqəyə zərbələr endirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib.
Açıqlamada döyüş təyyarələrinin HƏMAS-ın raket zavodunu və silah istehsal edildiyi iki ayrı nöqtəni hədəf aldığı qeyd edilib.
Hücum nəticəsində bölgədə güclü partlayış səsləri eşidilib. Ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb. Raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi ilə vurulub, digəri isə açıq əraziyə düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb.
İqbal Rzayev,
KONKRET.az
