İsrail elə bir silah hazırladı ki… – Kosmosdan bu ölkələri MƏHV EDƏCƏKbackend

İsrail elə bir silah hazırladı ki... - Kosmosdan bu ölkələri MƏHV EDƏCƏK

İsrail Yer səthindən kənarda yerləşən platformalardan zərbələr endirmək üçün kosmik lazer sistemləri hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Onun sözlərinə görə, İsrail hazırda bu istiqamətdə “ən yaxşı beyinləri” bir araya gətirir və sözügedən sahədə aparıcı dövlətə çevrilməyi hədəfləyir.

İsrail artıq bu sahədə qabaqcıl ölkələrdən biri hesab olunur. Ölkə tərəfindən hazırlanan “Iron Beam” adlı yerüstü lazer müdafiə sistemi ötən ilin sonundan etibarən İsrail Müdafiə Qüvvələrinin arsenalına daxil edilib.

Bu sistem raketləri, pilotsuz uçuş aparatlarını və minaatan mərmilərini zərərsizləşdirə bilən dünyada ilk fəaliyyət göstərən lazer əsaslı müdafiə platforması hesab olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*