İsrailin Azərbaycandakı səfiri Corc Dik “Avroviziya 2021” mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə “Twitter” hesabında təşəkkürünü bildirib.
KONKRET.az xəbər verir ki, səfir hisslərini bu cür ifadə edib:
“Təşəkkürlər Azərbaycan! Dünən keçirilən “Avroviziya 2021″-də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik. Çox sağ ol!”
