İsrail Suriyaya hava zərbələri endirdi – Ölən və yaralananlar varbackend

İsrail Suriyaya hava zərbələri endirdi - Ölən və yaralananlar var

İsrail döyüş təyyarələri Livan üzərindən Suriyanın sahil şəhəri Tartus və paytaxt Dəməşq ətraflarındakı bir çox bölgələrə hava hücumu təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində üç suriyalı əsgər həlak olub, daha üç əsgər yaralanıb.

Bildirilib ki, İsrail ordusu eyni vaxtda iki hücum təşkil edib. Suriyanın hava hücumundan müdafiə qüvəlləri raketlərin bir hissəsini vurub.

Suriya İnsan Haqları Müşahidə Qrupu açıqlamasında İsrailin Əbu Əfsa bölgəsindəki hava hücumundan müdafiə bazasını hədəf alığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*