Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi növbəti hava zərbəsi nəticəsində HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Əzzam əl-Həyya həlak olub.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Kanal11” məlumat yayıb.
Qeyd olunub ki, zərbə Qəzzanın mərkəzi hissəsində həyata keçirilib. Hadisə zamanı daha bir neçə nəfərin yaralandığı bildirilir.
İsrail tərəfi əməliyyatın HƏMAS-ın hərbi infrastrukturu və təşkilat rəhbərliyinə qarşı yönəldiyini açıqlayıb.
Əzzam əl-Həyyanın ölümü HƏMAS rəhbərliyinə yaxın şəxslər arasında ciddi rezonans doğurub. Bu, İsrail əməliyyatları zamanı öldürülən yüksək vəzifəli HƏMAS üzvlərinin dördüncü oğludur.
Qeyd edək ki, son aylarda İsrail ordusu Qəzzada HƏMAS rəhbərliyinə və təşkilatın əsas fiqurlarına qarşı əməliyyatları intensivləşdirib.
