İsrail 15 il əvvəl Suriyada nüvə reaktorunu vuraraq məhv etdiyini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat İsrail ordusu tərəfindən edilən yazılı açıqlamada öz əksini tapıb:
Açıqlamada, 20 il öncə Suriyanın strateji bir layihəni reallaşdırmağa çalışmasının İsrailə məxsus kəşfiyyat sənədlərində öz əksini tapdığı vurğulanıb.
Bildirilib ki, 2002-ci ilə aid bu sənəd Suriyanın gizli layihə çərçivəsində nüvə reaktoru tikdiyini özündə ehtiva edib:
“İsrail döyüş təyyarələri 2007-ci il sentyabrın 6-da Suriyanın Deyr əz-Zordakı nüvə reaktorunu məhv edib”, – deyə bəyanatda vurğulanıb.
İsrail ordusu əməliyyatla bağlı kəşfiyyat sənədini və görüntülərini ictimaiyyətlə paylaşıb.
Bu sənədlərin İranın ABŞ və Avropa ilə nüvə sazişinə dair danışıqlara başlamaq istədiyi bir vaxtda yayılması diqqət çəkib. İsrailin baş naziri Yair Lapid “Nevatim” hava bazasındakı çıxışında İrana nüvə fəaliyyəti ilə bağlı xəbərdarlıq edib:
Ölkəsinin hər təhdid və ssenariyə hazır olduğunu vurğulayan Lapid bildirib ki, rəsmi Tehran Tələvivi sınaqdan keçirməyə cəhd göstərsə, bu zaman İsrailin yeni üzü ilə qarşılaşacaq. Zərər vermək istəyənlərə qarşı bütün cəbhələrdə mübarizəmizi davam edəcəyik” – deyə Lapid fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
