Flydubai aviaşirkəti İsrailə və İsraildən həyata keçirilən bütün uçuşları dayandırıb.
KONKRET.az xəbər verir ki, məhdudiyyət sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə ilə bağlı insidentin araşdırılması başa çatana qədər qüvvədə olacaq.
“Uçuşların müvəqqəti dayandırılması aidiyyəti qurumlara araşdırmanı davam etdirməyə və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirməyə imkan verəcək”, – deyə Flydubai nümayəndəsi oktyabrın 1-nə keçən gecə bildirib.
Onun sözlərinə görə, aviaşirkət BƏƏ hökuməti və digər “maraqlı tərəflərlə” öz fəaliyyətini “sıx koordinasiya edir”. Uçuşların bərpası barədə qərar “əlavə məlumatlar əldə olunduqca” qəbul ediləcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
