HƏMAS-ın sirli lideri Yəhya Sinvarın Qəzzadakı yeraltı tunellərdə görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, görüntülər İsrail ordusunun rəsmi sosial media hesablarında yayımlanıb. Həmin videoda Sinvar həyat yoldaşı, uşağı və qardaşı ilə birlikdə yeraltı tunellərdən keçərkən görüntülənib.

Qeyd edək ki, İsrail Sinvar barədə qırmızı xətlə axtaış elan edib. İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib ki, Sinvarı ölü və ya diri yaxalayana qədər onu təqib etməyi dayandırmayacaq.

İsrail ordusunun 98-ci diviziyasının komandiri briqada generalı Den Qoldfus isə bildirib ki, onun qoşunları Sinvarı fəal şəkildə təqib edir və onu ələ keçirmələri an məsələsidir.
Ariz Həsənoğlu,
KONKRET.az
