İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdibackend

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.

Ötən həftə İsrailin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Maliyyə Nazirliyinin xaricdəki nümayəndəliklərlə bağlı verdiyi qərarından sonra “xaricdəki bütün diplomatik nümayəndəlikləri bağlamağa məcburdur”.

KONKRET.AZ xəbər verir ki, səfirliyin mətbuat xidmətinin rəhbəri Sahilə Mustafayeva deyib ki, hələ ki, məsələ ilə bağlı danışıqlar gedir, amma səfirliklər öz fəaliyyətlərini bərpa ediblər.

“Ötən cümədən bəri səfirlik çalışır”, – deyə o qeyd edib.

“İnterfax” agentliyi bildirib ki, İsrailin Moskva, Kiyev və Parisdəki səfirliyi, Torontodakı konsulluğu da fəaliyyətlərini müvəqqəti dayandırdıqları haqqında məlumat yaymışdı.

İsrailin Xarici İşlər Nazirliyi öz məlumatında “məsələnin tezliklə həllinə ümid etdiyini” bildirmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*