RF XİN-də Prezident Vladimir Putinin əfv etdiyi israilli Naama İssaxarın Moskva həbsxanasından çıxdığına dair xəbərlər təsdiqlənib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Cəzanın İcrası Xidmətində qeyd ediblər ki, israilli Putinin 29 yanvar tarixli Fərmanına uyğun olaraq azad edilib. İssaxar qaçaqmalçılığa və narkotik saxlanılmasına görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Təl-Əvivə uçan qız Şeremetyevo aeroportunun tranzit zonasında saxlanılıb. O, aşkar edilən 9,6 qram həşişi şəxsi məqsədlər üçün daşıdığını deyib. Yanvarın 29-da Putin israillinin əfv olunması haqqında ərizəyə imza atıb.
KONKRET.az
