Sumqayıtda vətəndaşlar ödənişli ictimai işlərə cəlb olunur.
KONKRET.az-ın məlumatına görə, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov xeberle.com-a açıqlamasında bildirib ki, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə Sumqayıt şəhərində yaradılan 4000 ictimai iş yerləri ilə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə 1200 müraciət daxil olub və işlə təmin olunublar.
Yeni yaradılan iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. kimi sahələri əhatə edir.
Aylıq əmək haqqı isə, minimum əmək haqqı, yəni 250 manat nəzərdə tutulub:
“Sumqayıt şəhər Məşğulluq Mərkəzi sakinlərinin diqqətinə çatdırır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı Məşğulluq Mərkəzinə zəng edə (64-2-02-57. 64-2-02-17. 64-2-19-07) və ərazi Mənzil İstismar Sahələrinə müraciət edə bilərlər”.
Qeyd edək ki, ödənişli işlərə başlamaq istəyən işsizlər qeydiyyatda olduqları şəhər və ya rayon məşğulluq mərkəzlərinə müraciət etməlidir. Hazırda işsizlərin ictimai işlərə cəlb olunma prosesi davam edir.
DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Sumqayıt şəhərində də sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirlərinə başlanılıb.

salam beli men isdeyirem işlemek nömreme 0503374242
Məndə raziyam
Men subay ola ola mene sms gelibki guyya menim yoldawim teqaut alir Allah belanizi versin imkanlilara verirsiz imkansiza yox
Bir evden 3 nefere 190 azn verirler. Amma bir eve hec bir manatda vermirler
Salam mən 3 idi ölkəyə ğəlmişəm işsizəm mənə sms ğəlib ji mən xaricdəyəm ona ğörə işsiz kimi qeydiyyata almirlar
Salam axwaminiz xeyir.men pandeminya vaxdindan iwsiz qalmiwam.aprelin 10 onlain qeydiyatdan kecmiwem.ne mesaj gelib nede birwey.yardimnan yararlana bilmedim.ehtiyacda var.aileliyem indi oturmuwam evde.xahiw edrem bununla elaqedar bir rey veresiniz.
0708266036 bu nomre menimdir.yalcin
Məndə işləmirəm
Evim yoxdu kiraye yaşayıram başqa yerden gelrim yoxdu 2qızım var özümde heç yerde işdəmirəç 190azında ala bilməmişəm sizden xaiş edrem mende dövıetmizdən iş ve pul ayrasız
Men kiraye yaşıram 2qızım var işdəmirəm iş yerim yoxdu başqa yerden gelirimde yoxdu xaiş men iş ve ye pul alım 190 azının ala bilmemişem 0509801197iş isdirəm
Satıcı iwi axtaram
İslemirem ehtiyacim coxdur
İşsizem ehtiyacım var