İstanbul-Tehran-İslamabad dəmir yolu xətti istifadəyə verildibackend

İstanbul-Tehran-İslamabad dəmir yolu xətti istifadəyə verildi

Türkiyə, İran və Pakistanı birləşdirən İstanbul-Tehran-İslamabad dəmir yolu xətti 10 ildən sonra yenidən istifadəyə verilib.

KONKRET.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu gün Pakistanın İslamabad şəhərindən yola çıxan qatar İran üzərindən İstanbula gedəcək.

Sözügedən dəmir yolu xəttinin yenidən açılması ilə Pakistanın İran və Türkiyə üzərindən Avropaya dəmir yolu ilə əlaqəsi yaranıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin bu yaxınlarda keçirilən 10-cu iclasında İstanbul-Tehran-İslamabad arasında yük qatarının 2021-ci ilin əvvəlində yenidən istifadəyə verilməsinə qərar verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*