İstanbulda terrorda şübhəli 35 nəfər həbs edildibackend

İstanbulda terrorda şübhəli 35 nəfər həbs edildi

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda PKK terror təşkilatı ilə əlaqədə olan 35 şübhəlini saxlayıb.

KONKRET.az NTV telekanalına istinadən xəbər verir ki, İstanbul prokurorluğu PKK-nın metropoldakı fəaliyyəti ilə bağlı 44 nəfərin həbsinə order verib.

İstintaqın məlumatına görə, onlardan 34-ü PKK-nın gənclər qanadına məxsusdur və onlar İstanbulda molotov kokteylindən istifadə etməklə silsilə küçə iğtişaşları təşkil etməyi planlaşdırıblar.

Daha 3 yaraqlı PKK-nın təlim düşərgələrində təlim keçərək terror aktları törətmək üçün İstanbula göndərilib. Hüquq-mühafizə orqanları 35 şübhəlini saxlamağa müvəffəq olub, qalanlarının axtarışı davam edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*