İSTİ-İSTİ: Ukraynada jurnalist güllələndibackend

İSTİ-İSTİ: Ukraynada jurnalist güllələndi

Xerson şəhərinin Zelenovka kəndi yaxınlığında, həftəlik “Navkolo Tebe” xəbər jurnalının jurnalisti Dilerbek Şakirov avtomobildən avtomat silahdan atəşə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Baş prokuror İrina Venediktova məlumat yayıb. O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı cinayət işi açıb.

“Mülki əhaliyə qarşı ağır cinayət törədən hər kəs məsuliyyətdən yayınmayacaq. Prokurorluq və hüquq-mühafizə orqanları Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlərin qeydə alınması və təhqiqatını davam etdirir”, – deyə Baş Prokuror bildirib.

Baş prokuror İrina Venediktova bildirib ki, Xerson vilayətində magistral yolda yaralıları daşıyan təcili yardım maşını da atəşə tutulub.

“64 yaşlı təcili yardım sürücüsü və yaralı əsgər yanaraq ölüb, yaralılardan biri güllə yarası alıb”, – Venediktova yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*