İsveç Türkiyənin şərtlərini QƏBUL ETDİbackend

İsveç Türkiyənin şərtlərini QƏBUL ETDİ

İsveç Türkiyənin tələblərini yerinə yetirməyə hazırdır.

KONKRET.az xəbər verir ki, İsveçin yeni Baş naziri Kristersson Ərdoğanla Ankarada keçirdiyi görüşdə hökumətinin terrora və PKK kimi terror təşkilatlarına qarşı mübarizə aparacağına söz verib.

NATO-ya üzv olmaq naminə İsveç Türkiyənin qoyduğu şərtləri yerinə yetirmək üçün konstitusiyaya dəyişiklik etmək və antiterror qanunlarını sərtləşdirmək niyyətindədir.

Dəyişikliklər terrorçuluqda iştirak edən qrupların sərbəst toplaşmaq azadlığını məhdudlaşdıracaq. Bu məsələ ilə bağlı parlamentdə səsvermə noyabrın 16-da keçirilməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*