İsveç və Finlandiya bu gün NATO-ya qəbul ediləcək.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq ölkələrin bloka qoşulma tarixini açıqlayıb.
Finlandiya və İsveç iyunun 29-da NATO-ya üzv olacaqlar.
Baş katibin sözlərinə görə, Helsinki və Stokholm blokun Madriddə keçirilən sammitində NATO-ya qəbul olunacaq.
O qeyd edib ki, dəvət 30 parlamentdə ratifikasiya prosesindən keçməlidir.
“Bu, həmişə bir qədər vaxt tələb edir, lakin mən də bunun kifayət qədər tez baş verəcəyini gözləyirəm, çünki müttəfiqlər ratifikasiya prosesini sürətləndirməyə cəhd etməyə hazırdırlar”, – Stoltenberq bildirib.
Bundan əvvəl NATO Türkiyə ilə İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı razılığa gəldiyini açıqlayıb. Türkiyə prezidentinin administrasiyası bildirib ki, Ankara iki ölkədən də istədiyi addımları ala bilib və onların alyansa üzv olması qarşısındakı maneələr aradan qalxıb.
Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulmasının mövcud olduğu müddət ərzində ən sürətli üzvlüyə qəbul olduğunu bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
