İsveçrə millisinin baş məşqçisi Murat Yakınla müqavilənin müddəti uzadılıb.
KONKRET.az xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.
İsveçrə millisi Yakının rəhbərliyi altında Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəyə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, Murat Yakın 2021-ci ilin avqustundan İsveçrə seçməsinə rəhbərlik edir.
