Gürcüstanın Batumi şəhərində küçə iti sosial şəbəkələrin ulduzu olub.
KONKRET.az Gürcüstan mediasına istinadən xəbər verir ki, o, hürərək yolu keçmək istəyən maşınları saxlayıb və kiçik uşaqları piyada yol keçidi vasitəsilə yolun o biri tərəfinə keçirib. Bu mənzərəni kənardan çəkərək sosial şəbəkələrə yükləyiblər. Yerli sakinlər qeyd ediblər ki, it yolun bu hissəsində dayanaraq insanlara müntəzəm olaraq yol keçməyə kömək edir. Məlum olub ki, itin adı “Kupata”dır (tərcümədə kolbasa deməkdir). Yerli Turizm Şurası iti “xalqın seçimi” ulduzu ilə mükafatlandırıb.
KONKRET.az
