İtaliyada mafiyaya qarşı əməliyyat, 80-ə yaxın insan SAXLANILDIbackend

İtaliyada mafiyaya qarşı əməliyyat, 80-ə yaxın insan SAXLANILDI

İtaliya hüquq-mühafizə orqanları çərşənbə axşamı “Ndrangeta” mafiya qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 77 nəfəri saxlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “İl Fatto Quotidiano” qəzeti yazıb.

Məlumata görə, 43 şəxs paytaxt Romada, 34 nəfər isə Kalabriya vilayətində saxlanılıb. Qəzetin yazdığına görə, saxlanılanlar arasında kiçik Kozoleto yaşayış məntəqəsinin meri Antonino Coffre də var. İtaliya paytaxtında şübhəli bilinənlər müxtəlif sektorlardakı – balıqçılıq sənayesi, dəri istehsalı, həmçinin çörək və şirniyyat sexləri və s. bizneslərə nəzarəti ələ keçirməyə çalışan mafioz qruplarla əlaqədə ittiham olunurlar.

İtaliyanın hüquq-mühafizə orqanları 10 ildən çoxdur ki, ənənəvi olaraq “cənublu” hesab edilən cinayətkar təşkilatın uzun müddətdir öz fəaliyyətini ölkənin şimal bölgələrində, eləcə də Avropa ölkələrində yaydığını müəyyən edib. “Ndrangeta” Cənubi Amerikadan Avropaya kokain tədarükü zəncirinə nəzarət edən ən güclü kölgə cinayətkar qrupu hesab olunur.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*