İtaliyada yaşayan aktrisa – Acınacaqlı vəziyyətdirbackend

İtaliyada yaşayan aktrisa: "Acınacaqlı vəziyyətdir"

Koronavirus İtaliyada bütün sahələrə mənfi təsir göstərib.

KONKRET.az xəbər verir ki, İtaliyada yaşayan Türkiyəli aktrisa Serra Yılmaz da “Twitter”də bu barədə paylaşım edib. Belə ki, izləyicilərindən biri məşhur aktrisaya “Ümid edirəm yaxşısınız Serra xanım… Ağlım sizdə qalıb… Hamımıza keçmiş olsun” yazıb.

Serra Yılmaz da buna cavab olaraq “Bizim sektor batıb. Aprel ayının 4-nə qədər teatr və sinemalar bağlanıb. Acınacaqlı vəziyyətdir, lakin həyatda hər şey nisbidir. Sığınacaq tapmaq üçün sərhədi keçməyə çalışan biri də ola bilərdim” sözlərini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*