İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bundan əvvəl İtaliya Nazirlər Şurasının iclası zamanı baş nazir prezidentə istefa məktubu təqdim etmək niyyətində olduğunu bildirmişdi.
21:19
İtaliyanın Baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya çatdıracaq.
“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təhvil verəcəyəm”, – məlumatda deyilir.
