İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildibackend

İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirildi

İtaliyanın müdafiə naziri Guido Krosetto perikardit şübhəsi ilə (ürəyin xarici qişasının infeksiya, revmatik zədələnmələr və ya digər təsirlər nəticəsində kəskin və ya xroniki iltihabı) xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, dünən gecə o, sinəsindəki şiddətli ağrı şikayətləri ilə təkbaşına təcili yardıma gəlib.

Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, sidik kisəsində problem olduğu üçün reanimasiyada yatırdı.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*