Beynəlxalq Atom Enerjisi Agentliyinin dünən yoxa çıxdığını bildirdiyi 2.5 ton uran tapılıb.
KONKRET.az “Habertürk”ə istinadən xəbər verir ki, Ruhani İrşad İdarəsinin rəisi general-mayor Xalid əl-Məhcub açıqlamasında sözügedən 2,5 ton uranın Çad sərhədindən 5 kilometr aralıda yerləşən anbarda olduğunu bildirib.
General müvafiq ekspertlər göndərilənə qədər uranı qoruyacaqlarını bəyan edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə koordinasiyada işlədiklərini deyən Mahcub agentliyin əvvəllər söz verdiyi qoruyucu geyim və maskalara olan ehtiyacı qarşılamadığını söyləyib. Demokrat.az