İyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
KONKRET.az xəbər verir ki, bu barədə ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bundan əvvəl – iyulun 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
